“Fiorentina”nın futbolçusu İngiltərə klubunda

İtaliyanın “Fiorentina” klubunun və Serbiya millisinin müdafiəçisi Nikola Milenkoviç İngiltərə təmsilçisi “Nottingem Forest”ə keçib.

Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

Serbiyalının keçidi İtaliya klubuna 14 milyon avroya başa gəlib.

2023/2024 mövsümündə Milenkoviç “Fiorentina” klubunun heyətində meydana çıxdığı 50 oyunda 2 məhsuldar ötürməyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button