Riberi cərimələndi – özünü qəsdən yerə atdığı üçün
“Fiorentina”nın futbolçusu Frank Riberi cəzalandırılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyasının 7-ci turu çərçivəsində “Parma” ilə keçirilən oyun zamanı bir epizodda özünü bilərəkdən yerə atan Riberinin cəzası məlum olub.
İtaliya A Seriyasının İntizam Komitəsi qarşılaşmanın 42-ci dəqiqəsində özünü yerə atan və sarı vərəqə alan Riberini 2000 avro cərimələyib.
Riberi bu mövsüm “Fiorentina” ilə 6 oyunda 2 qol vurub.
“Parma” – “Fiorentina” matçı qolsuz bərabərliklə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin