“Fiorentina”nın baş məşqçisi sağaldı
İtaliyanın “Fiorentina” klubunun koronavirusa yoluxan baş məşqçisi Çezare Prandelli sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssisin son koronavirus testi neqativ nəticələnib. O, bu gündən etibarən komandaya qayıda bilər.
63 yaşlı mütəxəssis bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin