
“Fiorentina”nın baş məşqçi postuna əsas namizəd odur
“Əl-Nəsr”in baş məşqçisi Stefano Pioli yaxın günlərdə Səudiyyə Ərəbistanını tərk edərək vətəninə qayıda bilər.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis A Seriyasında yeni iş üçün əsas namizədlərdən biri hesab olunur.
59 yaşlı çalışdırıcının “Fiorentina”nın yeni baş məşqçi postunu tutacağı bildirilir. Hazırda tərəflər arasında danışıqlar davam edir və yekun qərar hələ verilməyib.
Pioli əvvəllər İtaliyanın bir sıra klublarında çalışıb. Onun karyerasında ən parlaq mərhələ isə “Milan”la 2022-ci ildə qazandığı skudetto olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin