
“Fiorentina”dan hücumçusuna rekord maaş təklifi
“Fiorentina” hücumçusu Moyze Kinə daha sərfəli müqavilə təklif etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 24 yaşlı futbolçu ilə yeni sözləşmə imzalamaq niyyətindədir.
Razılıq əldə olunacağı təqdirdə, Moyze Kin illik 4 milyon avro maaş alacaq. O, son mövsümdə 2,2 milyon avro qazanırdı.
İtaliyalı forvard 2024/25 mövsümündə “Fiorentina”nın heyətində 44 oyunda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə verərək, komandanın əsas “qol silahı”na çevrilib. Onun hazırkı bazar dəyəri 50 milyon avro civarındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



