
“Fiorentina”da yeni baş məşqçi
“Fiorentina” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinə Vinçentso Montella rəhbərlik edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Montella ilə 2020-ci ilin yayına qədər müqavilə imzalanacaq.
44 yaşlı mütəxəssis yeni işində illik 1,5 milyon avro məvacib alacaq.
“Fiorentina”da dünən Stefano Pioli baş məşqçi vəzifəsindən göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin