“Fiorentina”da 3 yeni futbolçu
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Lester Siti” klubundan Rəşid Gezzalı, “Liverpul”dan Bobbi Dunkanı, Braziliyanın “Fluminense” klubundan isə Pedronu heyətinə cəlb edib. Bu barədə Florensiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Rəşid “Lester Siti”dən mövsümün sonunadək icarəyə götürülüb. Amma florensiyalılar müqaviləyə satınalma şərtini də daxil ediblər.
Gezzal Premyer Liqa təmsilçisinə ötən mövsüm “Monako”dan transfer olunub. Amma ümidləri doğrultmayan 27 yaşlı futbolçu 10 oyunda cəmi 1 qolla yadda qalıb. Əlcəzair yığmasının üzvü uzun müddət yetirməsi olduğu Lion “Olimpik”inin uğurları üçün çalışıb.
Pedro “Fiorentina”ya birdəfəlik transfer olunub. O, Florensiya klubu ilə 5 illik müqavilə bağlayıb. “Fluminense”nin yetirməsi olan, 2016-cı ildən bu klubun əsas komandasında çıxış edən 22 yaşlı hücumçu Braziliyanın U-23 yığmasının üzvüdü.
İngiltərəli Bobbi Dunkan da “Fiorentina” ilə 2023-cü ilin yayına kimi müqavilə bağlayıb. 18 yaşlı forvard “Viqan”, “Mançester Siti” klublarının futbol akademiyasında da oynayıb. O, 2018-ci ildən “Liverpul”da idi.
Bizi Facebook-da izləyin