
“Fiorentina” yeni transferə hazırlaşır
“Herta”nın qapıçısı Oliver Kristensenin karyerasını İtaliyada davam etdirmək ehtimalı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fiorentina” danimarkalı futbolçunu transfer etməkdə iddialıdır. İtaliya klubu Almaniya təmsilçisi ilə danışıqlar aparır.
Kristensen 2022/23 mövsümündə Bundesliqada 33 oyuna çıxıb, 68 qol buraxıb və üç dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin