De Xea ilə yeni müqavilə imzalanacaq

David de Xea “Fiorentina” rəhbərliyini tam qane edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu ispaniyalı qapıçının oyunundan razı qalıb.

“Fiorentina” növbəti mövsüm üçün təcrübəli futbolçu ilə əməkdaşlığı genişləndirmək variantını aktivləşdirmək niyyətindədir. Daha əvvəl mətbuatda De Xeanın xidmətində keçmiş komandası “Mançester Yunayted”in maraqlı olduğu barədə məlumat yayılmışdı.

34 yaşlı De Xea İtaliya A Seriyasının cari mövsümündə 28 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button