“Fiorentina” “Qalatasaray”ın futbolçusunu transfer etməyəcək

“Fiorentina” yarımmüdafiəçi Nikolo Zanyolonun oyunundan narazıdır və onu “Qalatasaray”dan transfer etmək niyyətində deyil.

Zanyola hazırda “Fiorentina”da icarə əsasında çıxış edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “bənövşəyilər” italiyalı futbolçunun göstəricilərindən razı deyil və mövsümün sonunda satınalma şərtindən istifadə etməyə bilər.

Zanyolo cari mövsümdə A Seriyasında cəmi 9 oyunda iştirak edib və heç bir qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Bundan əlavə, onun adı mərc oyunlarında iştirakı ilə bağlı şübhəlilər siyahısına düşüb. Onun icarə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button