İtaliya klubu Poqba ilə müqavilə bağlamaqdan imtina edib

“Yuventus”un keçmiş yarımmüdafiəçisi Pol Poqba A Seriyasının başqa bir klubunda çıxış edə bilər.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “Fiorentina” 31 yaşlı futbolçu ilə maraqlanır.

Tərəflər bir neçə görüş keçirib, ancaq sonda “bənövşəyilər” fransalı yarımmüdafiəçinin fiziki hazırlığına şübhə etdiyi üçün onunla müqavilə imzalamaqdan imtina ediblər.

“Yuventus” ötən ilin sonunda Poqba ilə sözləşməyə xitam vermişdi. O, hazırda dopinq testindən keçə bilmədiyinə görə diskvalifikasiya cəzası çəkir, ancaq martda meydana qayıda biləcək. Onunla “Marsel”in də maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button