
“Fiorentina” futbolçusunu satdı – Braziliya klubuna
“Fiorentina” klubu futbolçusu Jilberto Junioru “Fluminense”yə satıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Fluminense” 26 yaşlı müdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Braziliya təmsilçisi 2018-ci ilin yanvarında Jilbertonu icarəyə götürmüşdü. Müdafiəçi “Fluminense”də keçirdiyi 85 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin