“Fiorentina” İsveç millisinin üzvü üçün danışıqlara başlayıb

“Fiorentina” İsveç millisinin müdafiəçisi Viktor Lindelöfün transferi üçün danışıqlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu artıq “bənövşəyilər”in nümayəndələri ilə danışıqlar aparır. O, bu yay “Mançester Yunayted”lə müqaviləsinin müddətinin uzadılmamasından sonra azad agent statusu qazanıb.

İsveçli futbolçu ilə İngiltərədən iki klubun da maraqlandığı bildirilir.

Lindelöf ötən mövsüm klub səviyyəsində 25 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button