Riberi: “Daha çox hörmət gözləyirdim”

“Fiorentina” ilə yollarını ayıran və hazırda azad agent olan Frank Riberi açıqlama verib.

Komanda.az xəbər verir ki, Riberi, A Seriyası klubundan ayrılığı ilə bağlı danışıb:

“Fiorentina”da daha bir il qalmaq istəyirdim, ancaq alınmadı. Hər zaman formasını geyindiyim komandalar üçün əlimdən gələni etməyə çalışmışam. Florensiyada qalmaq istəyirdim, amma vəziyyət fərqli idi. Heç vaxt oynadığım klubu tənqid etmirəm. “Fiorentina” ilə bağlı yaxşı xatirələrim var.

A Seriyasında qalmaq istərdim. İndi necə olacağını bilmirəm. Gələcəyim haqda bir fikrim yoxdur. Ayrılıq mənim üçün asan olmadı. Bütün gücümü komandaya vermişdim. “Fiorentina”dan heç kim mənə heç nə demədi, heç kim məni çağırmadı. Daha çox hörmət gözləyirdim. Nə edək, həyatdır”.

Riberinin “Fiorentina” ilə müddəti bitən müqaviləsi yenilənməyib. İtaliya mətbuatının xəbərinə görə, tərəflər arasında maliyyə şərtlərində razılıq əldə edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button