Riberi paytaxt klubuna keçə bilər
“Fiorentina” ilə yollarını ayıran Frank Riberi karyerasına yenə İtaliyada davam edə bilər.
Komanda.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə “Latsio” klubu maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Paytaxt klubu hazırda azad agent olan Riberi ilə bir illik müqavilə imzalaya bilər.
Riberi ötən mövsüm “Fiorentina” ilə A Seriyasında 29 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin