A Seriyası klubunda baş məşqçi istefası – rəsmi

İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Vinçentso Montella ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi bu qərarı A Seriyasının 17-ci turunda “Roma”ya 1:4 hesabı ilə məğlub olduqdan sonra verib.

Klubdan verilən açıqlamada, komandanın nəticələrinin təhlil olunduğu və müsbət təkan vermək üçün bu dəyişikliyin gerçəkləşdirildiyi, yaxın günlərdə yeni baş məşqçinin adının açıqlanacağı bildirilib.

Bu mövsüm A Seriyasında keçirdiyi 17 turdan sonra 17 xal toplayan “Fiorentina”, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button