
“Fiorentina” “Atalanta”ya ilk oyunda qalib gəldi
İtaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, mərhələnin ikinci oyunu “Fiorentina” ilə “Atalanta” arasında baş tutub.
Florensiya təmsilçisi doğma meydanda 1:0 hesablı qələbə qazanmaqla cavab görüşü öncəsi üstünlük qazanıb. Yeganə qolu Rolando Mandraqora vurub.
Cavab oyunu aprelin 24-də keçiriləcək.
Digər yarımfinal cütündə “Yuventus” “Latsio”ya ilk oyunda 2:0 hesabıyla qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin