Finlandiyalı futbolçu: “Hamı “Neftçi” ilə oyunu gözləyir”
Finlandiyanın HJK komandasının futbolçusu Lukas Linqman Avropa Liqasının 3-cü mərhələsinin “Neftçi” ilə cavab matçından əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan finlandiyalı yarımmüdafiəçi, komandada yaxşı əhval-ruhiyyə olduğunu deyib:
“Komandanın əhval-ruhiyyəsi yaxşıdır və bunu məşqlərdə də görürük. Hamı “Neftçi” ilə oyunu gözləyir. Biz hazırıq.
Öz oyunumuzu oynamalıyıq. Güclü, kompakt bir komandayıq. Yaxşı müdafiə olunur, yaxşı da hücum edirik.
“Malmö” ilə matçda azarkeşlərimizin dəstəyini gördük. Onların varlığı bizə əlavə güc verir. Ümid edirəm ki, “Neftçi” ilə matçda hər kəs stadiona gələr”.
Bu gün keçiriləcək HJK – “Neftçi” matçı saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.
Bizi Facebook-da izləyin