AÇ-2020: “Danimarkalı futbolçular oynamaq istəməsəydi, bunu qəbul edərdik”
Finlandiya milli komandasının baş məşqçisi Markku Kanerva AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Danimarkanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Kanerva, 1:0 hesabıyla qələbə qazandıqları oyunda yaşanan dramatik hadisələrlə bağlı bunları deyib:
“Bütün dramatik hadisələrə baxmayaraq, unudulmaz bir gecə oldu. Yaşananlar bizə həyatda vacib şeylərin nə olduğunu göstərdi. Danimarkalı futbolçular oynamaq istəməsəydi, bunu qəbul edərdik”.
Finlandiya Danimarkanı 1:0 hesabıyla məğlub edib. Qarşılaşmanın 42-ci dəqiqəsində danimarkalı futbolçu Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. Həkimlərin ilkin müdaxiləsindən sonra Eriksen xəstəxanaya aparılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin