Finalın vaxtı dəyişdirildi

Futbol üzrə Türkiyə kubokunun final matçının vaxtı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, həlledici görüş mayın 16-dan 15-nə keçirilib. Buna yayımçı qurumun öz proqramında dəyişiklik etməsi səbəb olub.

Qeyd edək ki, mayın 15-də Sivasda keçiriləcək final matçında “Qalatasaray”la “Akhisarspor” üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button