Finalın VAR hakimləri mükafatlandırıldı

Azərbaycan kubokunun final görüşünün VAR və AVAR hakimləri Əliyar Ağayevlə Akif Əmirəli mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, onlara mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Oyun zamanı VAR və AVAR hakimləri Bakı Olimpiya Stadionunda fəaliyyət göstərdiklərinə görə matçdan dərhal sonra keçirilən mükafatlandırma mərasiminə qatıla bilməmişdilər. Məhz bu səbəbdən ədalət təmsilçiləri mükafatlarına bu gün qovuşublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button