Finalda qələbə qolunun müəllifi dəyişdirildi
Futbol üzrə Avropa Liqasının final matçının protokolunda dəyişiklik olub.
Komanda.az xəbər verir ki, UEFA İspaniya “Sevilya”sı ilə İtaliya “İnter”i arasında keçirilən görüşün son qolunun müəllifini dəyişib.
Matçın 74-cü dəqiqəsində La Liqa klubunun futbolçusu Dieqo Karlosun baxımlı zərbəsindən sonra top rəqib hücumçu Romelu Lukakunun ayağına dəyərək qapıya daxil olub. Qitə futbol qurumu öncə qolun müəllifi kimi braziliyalı müdafiəçini göstərsə də, sonradan bunu avtoqol kimi qeydə alıb.
Yeri gəlmişkən, Avropa Liqasında geridə qalan mövsümün ən çox qol vuran futbolçusu da artıq bəllidir. “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes hamını qabaqlayaraq, bu ada layiq görülüb.
Portuqaliyalı oyunçu 8 qolla turnirin bombardiri olub. İkinci sırada “İnter”in hücumçusu Romelo Lukaku qərarlaşıb. Belçikalı forvardın avtivində 7 qol var.
Bizi Facebook-da izləyin