“Finalda kimin oynamalı olduğunu düşünmək üçün bir ay vaxtım var” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalı üçün qapıçı ilə bağlı hələ qərar vermədiyini bildirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid klubunun və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas italiyalı mütəxəssisi Andrey Luninə etibar etməyə çağırsa da, azarkeşlər artıq zədəsini tam sağaltmış Tibo Kurtuanı Londonda da qapıda görə bilərlər.
“Onun sözlərinə hörmət edirəm, o bizim əfsanəmizdir, amma indi bunu müzakirə etmək istəmirəm. Finalda kimin oynamalı olduğunu düşünmək üçün bir ay vaxtım var”, – Ançelotti mətbuat konfransında deyib.
Çempionlar Liqasının finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də baş tutacaq. Bundan əvvəl Luninin Çempionlar Liqasının finalında oynamayacağı təqdirdə, komandanı tərk edə biləcəyi məlumatları yayılıb.
Bizi Facebook-da izləyin