Finalda ekspert olan sabiq futbolçu: “Mən uşağı itirdim”

“Çelsi” Konfrans Liqasının finalında “Betis”i 4:1 hesabı ilə məğlub edərkən londonluların sabiq oyunçusu Co Koul “TNT Sports” kanalında ekspert kimi çalışıb. Oyundan sonra Koul oğlu Harrisonu stadiona çıxararaq, finalın ab-havasını hiss etməsinə şərait yaratmaq istəyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, canlı yayım zamanı ekspertlər – Co Koul, Stiv Siduell və Mikael Antonio narahat baxışlarla meydanı gözdən keçirərkən görüntüləniblər.

Stiv Siduell bu səhnəni belə izah edib:

“Biz ətrafa baxırıq, çünki Co oğlunu meydana çıxarmışdı. O, indi yəqin ki, kuboku götürüb və ya onu qaldırır”.

Co Koul isə zarafatla vəziyyəti belə şərh edib:

“Mən uşağı itirdim. Ümid edirəm ki, hardasa buradadır. Və ümid edirəm ki, həyat yoldaşım bu yayımı izləmədi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button