Finalçılara zədəlilərdən şad xəbər
UEFA Çempionlar Liqasının final matçında “Bavariya” ilə üz-üzə gələcək PSJ-nin zədəli futbolçusu Keylor Navas sağalıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Leyptsiq”lə keçirilən yarımfinal oyununu (3:0) buraxan qapıçı zədəsini sağaldıb.
Bundan başqa, “Bavariya” da zədəli futbolçusundan sevindirici xəbər alıb. Münhenlilərin müdafiəçisi Jerom Boatenq də zədəsini sağaldıb və final matçına hazırlaşır.
Hər iki futbolçunun sabah keçiriləcək final oyununda iştirak edə biləcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin