Finalçılar bəlli oldu – Super Liqaya son vəsiqə üçün
Futbol üzrə Türkiyə Super Liqasına sonuncu vəsiqənin sahibini müəyyənləşdirmək üçün iyulun 30-da keçiriləcək final matçının iştirakçıları bəlli olub.
Komanda.az xəbər verir ki, həlledici görüşdə “Adana Dəmirspor”la “Fatih Karagümrük” komandaları üz-üzə gələcək.
“Adana Dəmirspor” iki oyunun nəticəsinə əsasən “Bursaspor”u üstələyib – səfərdə 0:0, evdə 4:1. Doğma meydanda “Akhisarspor”la 3:3 hesablı heç-heçəyə razılaşan “Fatih Karagümrük” isə səfərdə minimal hesabla üstün olub – 1:0.
Beləliklə, bu iki qalib komanda iyunun 30-da keçiriləcək həlledici görüşə vəsiqə qazanıb. Finalda da qələbə qazanan tərəf növbəti mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin