
“Finala çıxmağa ümid edirik” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının ilk yarımfinal oyununda “Mançester Siti”yə uduzduqdan (3:4) sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis UEFA-nın saytına açıqlamasında qarşılaşmanın fantastik alındığını deyib:
“Futbol azarkeşlərinin nöqteyi-nəzərindən bu, fantastik futbol idi. “Real”ın baş məşqçisi kimi nəzərə almalıyam ki, ilk iki qolu çox tez buraxdıq. İndi biz finala çıxmağa ümid edirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin