“Finala vəsiqə qazanmaq istəyirik” – De Zerbi

“Brayton”un baş məşqçisi Roberto de Zerbi İngiltərə Premyer Liqasının 31-ci turunun “Çelsi” ilə matçından sonra (2:1) danışıb.

Komanda.az “BBC Sports”-a istinadən xəbər verir ki, o, “qağayılar”ın keçmiş çalışdırıcısı Qrem Potterə təşəkkür edib:

“Potterə təşəkkür edirəm. Çünki ideyalarımı həyata keçirə bildiyim böyük və güclü komandanı çalışdırıram. Həm nəticəyə, həm də oyuna baxsaq, deyə bilərəm ki, bizim üçün çox yaxşı gün oldu.

Bu qələbə mövsümü ən yaxşı formada bitirmək üçün bizə daha çox enerji, inam və həvəs verəcək. İndi İngiltərə Federasiya kubokunun yarımfinalına hazırlaşmağın vaxtıdır. Finala vəsiqə qazanmaq istəyirik. Bunun üçün öncə qələbə qazanmaq lazımdır”.

Xatırladaq ki, Potter 2018-ci ilin mayından 2022-ci ilin sentyabrına kimi “Brayton”u çalışdırıb. İngiltərəli mütəxəssis “Çelsi”nin “sükanı arxasına” keçdikdən sonra “qağayılar”da boş qalmış baş məşqçi postuna italiyalı Roberto de Zerbi təyinat alıb.

“Brayton” hazırda İngiltərə çempionatının turnir cədvəlində 49 xalla 7-ci, “zadəganlar” isə 39 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button