“Finala gedən yolda bir neçə oyunumuz qalıb”
“Roma”nın hücumçusu Paulo Dibala UEFA Avropa Liqasının 1/4 finalının “Feyenoord”la cavab qarşılaşmasını (4:1) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Roma təmsilçisinin baş məşqçisi Joze Mourinyo haqda fikir bildirib:
“Düzü, rəqib qol vuranda bir az narahat oldum, amma hesabı bərabərləşdirə və matçı əlavə vaxta apara bildik. Hamımız qələbə qazanmaq istəyirik.
Mourinyo oyunun çətin keçəcəyini öncədən demişdi. Biz avrokuboklarda qələbə qazanmağın nə demək olduğunu bilirik. Finala gedən yolda bir neçə oyunumuz qalıb. Ümid edirik ki, “Roma” həlledici matçda mübarizə aparacaq”.
İki oyunun nəticəsinə əsasən, İtaliya klubu Niderland təmsilçisini 4:2 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Yarımfinalda onların rəqibi Almaniya “Bayer”i (Leverkuzen) olacaq.
Bizi Facebook-da izləyin