Final və 3-cü yer uğrunda oyunun yeri müəyyənləşdi

AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

Komanda.az xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button