Final matçından öncə qalmaqal

Konfrans Liqasının finalı ərəfəsində “Betis” və “Çelsi” azarkeşləri arasında qalmaqal yaranıb.

Komanda.az xəbər verir ki, Polşanın Vrotslav şəhərində keçiriləcək final oyunu üçün şəhərə gələn ingilis və ispan azarkeşlər mərkəzi küçələrdən birindəki meydanda qarşılaşıblar.

Polşa polisinin qabaqlayıcı tədbirlər görməsinə baxmayaraq, azarkeşlər arasında dava düşüb. Polis insidentə səs bombası ilə müdaxilə edib və bəzi azarkeşlər saxlanılıb. Hadisələr zamanı xəsarət alanlara ilkin tibbi yardım dostları tərəfindən göstərilib.

Sözügedən matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button