
“Final bizim məqsədimizdir”
“Atletik”in yarımmüdafiəçisi Niko Uilyams UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Reyncers” üzərində qazandıqları qələbədən (2:0, ilk oyun; 0:0) danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu turnirin finalına yüksələ biləcəklərinə ümid edir:
“Atletik” əla nəticə əldə etdi. Ötən mövsüm komanda İspaniya kubokunun qalibi olub və indi Avropa Liqasının yarımfinalına çıxıb. Ümid edirəm ki, turnirin finalına yüksələ biləcəyik. Biz buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Final bizim məqsədimizdir”.
“Atletik” UEFA Avropa Liqasının yarımfinalında “Mançester Yunayted”lə qarşılaşacaq. Bu oyunlar mayın birinci yarısında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin