DÇ-2022-dən artıq çəki ilə qayıdıb
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ingiltərəli yarımmüdafiəçi Kelvin Fillips haqda danışıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, britaniyalı futbolçunun DÇ-2022-dən sonra artıq çəki ilə komandaya qayıtdığını bildirib:
“O, xəsarət almayıb. Lakin Kelvin artıq çəki ilə kluba qayıdıb. Hazırki durumunu qeyri-sağlam dəyərləndirirəm. DÇ-2022-də çıxış edən futbolçulara əlavə vaxt verilib. O, yalnız hazır olduğu zaman çıxış edə biləcək. Həqiqətən, bizim Fillipsə ehtiyacımız var”.
“Mançester Siti” İngiltərə Liqa kubokunun 1/8 final mərhələsində “Liverpul”u məğlub edərək (3:2), növbəti mərhələyə vəsiqə qazanıb.
“Şəhərlilər”in 1/4 finalda rəqibi “Sauthempton” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin