“Çelsi”nin sabiq hücumçusu klubsuz qaldı
Fil Dişi Sahili milli komandasının və “Çelsi”nin sabiq hücumçusu Salomon Kalu “Botafoqo” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kalu, İngiltərədə “Çelsi”, Fransada “Lill”, Almaniyada “Herta” və Niderlandda “Feyenoord”da çıxış edib. Hücumçu Fil Dişi Sahili yığmasında 97 oyunda 28 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin