“Fikrimiz, istəyimiz “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsidir” – AÇIQLAMA

2022/23 mövsümünün sonlarına doğru “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun qazonunun xoşagəlməz durumu və qəzalı tribunaları uzun müddət futbol ictimaiyyətini maraqlandıran və narahat edən məsələ oldu.

Arenanın hazırkı vəziyyəti ilə bağlı qərb təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında qazon probleminin həll edildiyini dedi:

“Bəli, Gəncə şəhər stadionunun qazon problemi aradan qaldırılıb. Yeni qazon göz oxşayır, superdir. Komandamız həmin ot örtüyünün üzərində həm məşq edə, həm də oyunlara çıxa bilər. Təbii ki, bizim fikrimiz, istəyimiz “Kəpəz”in ev oyunlarını yenidən Gəncədə keçirməsidir. İnşallah, bu, belə də olacaq. Stadionda müəyyən işlərə start verilib. Həmin proseslər də mövsümün startına qədər başa çatacaq. Bütün addımlar “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsinə istiqamətlənib”.

Xatırladaq ki, Gəncə şəhər stadionunun qazonu acınacaqlı durumda olduğu üçün “Kəpəz” ötən mövsümün sonlarına doğru ev oyunlarını Qəbələ şəhər stadionunda keçirmişdi.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button