Ranyeri: “62 min tamaşaçıya təşəkkür etmək üçün qalib gəlməli idik”
İtaliya çempionatının 21-ci turu “Roma”nın “Cenoa” üzərində 3:1 hesablı qələbəsi ilə başlayıb.
Komanda.az “forzaroma.info”-ya istinadən xəbər verir ki, oyunun nəticəsinə sevinən paytaxt klubunun baş məşqçisi Kladudio Ranyeri bunu deyib:
“Biz bütün 62 min tamaşaçıya təşəkkür etmək üçün qalib gəlməli idik. Fikirləşirdim ki, 30-35 min adam gələcək, amma az qala iki dəfə çox idi. Oynamaq çətin idi, “Cenoa” Patrik Vieyranın rəhbərliyi altında daha aktiv olub. Onların ritmini tutmaq üçün vaxt lazım idi”.
“Roma” İtaliya çempionatının turnir cədvəlində 27 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin