FİFA-ya “yox” cavabı – Aparıcı klublar ABŞ-a getmək istəmir

Avropanın aparıcı klubları 2025-ci ildə ABŞ-da keçirilməsi gözlənilən klublararası dünya çempionatında iştirakdan imtina edirlər.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

FİFA rəhbərliyi Qətərdə keçirilən dünya çempionatında klub nümayəndələri ilə danışıqlar aparıb. Amma klubların əksəriyyətindən müsbət cavab almayıb.

FİFA ABŞ-da 32 komandanın iştirakı ilə turnir keçirmək istəyir.

2025-ci ildəki yarışın formatı hələ müəyyənləşməyib. Bundan başqa, yayımçılar və kommersiya tərəfdaşları ilə danışıqlar başlamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button