FİFA-ya sual: İran və Tunis DÇ-2022-dən uzaqlaşdırıla bilər?
FİFA-nın mətbuat xidməti futbol üzrə İran və ya Tunis yığmalarının DÇ-2022-dən kənarlaşdırılmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ali futbol qurumunun mətbuat xidməti “Ola bilərmi indiki mərhələdə İran və ya Tunis, yaxud onlardan biri turnirdən kənarlaşdırılıb, başqa komanda ilə əvəz olunsun” sualına belə cavab verib:
“Bu, indiki mərhələdə şərh etmək istəmədiyimiz bir şey deyil”.
Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Tunis millisi dövlətin yerli futbol federasiyasının işlərinə qarışmasına, İran isə bu ölkədə son vaxtlar baş verən iğtişaşlara, qadın ölümlərinə görə DÇ-2022-dən uzaqlaşdırıla bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin