FİFA xeyriyyə matçı keçirəcək – Koronavirusla mübarizə üçün

FİFA koronavirus pandemiyası ilə mübarizə çərçivəsində xeyriyyə matçı təşkil edəcək.

Komanda.az xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumun rəsmi saytı məlumat yayıb.

Oyunun təşkilində əsas məqsəd diaqnostika, terapiya və vaksinlər də daxil olmaqla, koronavirusun müalicəsində yeni vacib texnologiyaların inkişafını və istehsalını sürətləndirmək üçün qlobal əməkdaşlığa töhfə verməkdi.

Aksiya ilə bağlı fikirlərini bölüşən FİFA prezidenti Canni İnfantino bildirib ki, pandemiya ilə mübarizədə iştirak etmək və görülən işləri dəstəkləmək üçün həmrəylik nümayiş etdirmək niyyətindədirlər: “Biz bir neçə digər kampaniyalar vasitəsilə maarifləndirmə işlərində fəal iştirak etmiş və bu problemin həllinə maliyyə töhfəsi vermişik. İndi isə sağlamlıqla bağlı vəziyyət imkan verdikdə, hətta bu, bir neçə aydan sonra olsa belə, qlobal maliyyə yardımı toplama aksiyası təşkil etməyi özümüzə borc bilirik”.

Oyunun yeri, tarixi, iştirakçıları və formatı hələ müəyyənləşdirilməyib. Bu və digər suallara yaxın gələcəkdə aydınlıq gətiriləcəyi qeyd olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button