FİFA və UEFA-dan “Qarabağ”ın vəfat edən futbolçusu ilə başsağlığı
FİFA və UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Komanda.az xəbər verir ki, hər iki qurum tərəfindən AFFA-ya müvafiq məktub ünvanlanıb.
FİFA-nın prezidenti Canni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına təşkilatlar adından başsağlığı verilib.
Şirxan Həsənzadə mayın 8-də vəfat edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin