
FİFA və UEFA-dan AFFA-ya başsağlığı
Azərbaycan millisinin keçmiş futbolçusu Şəhriyar Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Komanda.az xəbər verir ki, beynəlxalq futbol qurumlarının rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.
Xərçəng xəstəliyindən əziyyət çəkən Şəhriyar Rəhimov avqustun 25-də, 34 yaşında müalicə aldığı Türkiyədə vəfat edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin