Azərbaycan millisinin üzvünün klubuna transfer qadağası qoyuldu
FİFA Ukraynanın “Minay” klubuna transfer qadağası qoyub.
Komanda.az “sportarena.com” saytına istinadən xəbər verir ki, buna xorvatiyalı müdafiəçi Mislav Matiçin həmrəylik ödənişi üçün təzminat mübahisəsi səbəb olub. FİFA “Minay” klubuna bütün öhdəlikləri yerinə yetirənə qədər transfer qadağası qoyub.
Matiç ötən mövsüm “Minay”ın heyətində 24 oyuna çıxıb.
“Minay”da azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə çıxış edir. Əhmədzadə Azərbaycan milli komandasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin