FİFA Tunis klubunu cəzalandırdı – “Neftçi”yə görə

FİFA Tunisin “Esperans” klubuna transfer qadağası qoyub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna komandanın “Neftçi”dən heyətinə qatdığı Sabir Buqrin üçün ödəniş etməməsi səbəb olub.

Qərara əsasən, “Esperans” qarşıdakı üç transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.

Sabir Buqrin bu ilin yanvarında “Neftçi”ni “Esperans”a dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button