FİFA “The best” mükafatına 11 namizədin adlarını açıqladı

FİFA 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qurum “The best” mükafatı üçün 11 namizədin adlarını açıqlayıb:

Tyaqo Alkantara (“Liverpul”, İspaniya”), Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), Sadio Mane (“Liverpul”, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“Barselona, Argentina), Neymar (PSJ, Braziliya), Serxio Ramos (“Real”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, Misir), Vircil van Dayk (“Liverpul”, Niderland).

Mükafatlandırma mərasimi dekabrın 17-də, onlayn formatda təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button