“Messiyə səs verməmişəm” – FİFA-da saxtakarlıq?

FİFA tərəfindən ilin ən yaxşı futbolçusuna verilən “The Best” mükafatının qalibinin “Barselona”nın lideri Lionel Messi olduğunu xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, FİFA mükafatlandırma mərasimindən sonra səsvermədə iştirak edənlərin siyahısını açıqlayıb. Futbol üzrə Nikaraqua milli komandasının kapitanı Xuan Barrera, Messiyə səs vermədiyini bildirib. Ancaq FİFA-nın yayımladığı siyahıda Barreranın Messiyə 5, Sadio Maneyə 3, Kriştiano Ronaldoya isə 1 səs verdiyi göstərilir.

Barreranın açıqlamasından sonra FİFA-nın sorğuda saxtakarlıq etdiyi ilə bağlı fikirlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button