FİFA bəyanat yaydı, bəzi liqaları ikiüzlülükdə ittiham etdi

FİFA-nın mətbuat xidməti təqvimin həddən artıq yüklənməsi ilə bağlı ittihamlardan sonra açıqlama yayıb. Daha əvvəl məlum olmuşdu ki, Avropanın futbol liqaları oyun cədvəlinə görə FİFA-nı məhkəməyə verəcək.

Komanda.az xəbər verir ki, FİFA-nın mətbuat xidməti açıqlamasında mövcud təqvimin FİFPRO və liqaların iştirakı ilə geniş məsləhətləşmələrdən sonra yekdilliklə təsdiq edildiyini bildirib:

“Mövcud təqvim FİFPRO və liqaların iştirakı ilə geniş məsləhətləşmələrdən sonra bütün qitələrin, o cümlədən, Avropanın nümayəndələrindən ibarət FİFA Şurası tərəfindən yekdilliklə təsdiq edilib.

FİFA təqvimi beynəlxalq futbolun yerli və kontinental klub futbolu ilə yanaşı yaşaya bilməsini, birgə mövcudluğunu və inkişafını təmin edən yeganə vasitədir.

Özləri yarışları təşkil edən və tənzimləyən bəzi Avropa liqaları kommersiya maraqlarından, ikiüzlülükdən və dünyada hər kəsə qarşı etinasızlıqdan çıxış edirlər. Bu liqalar açıq-aydın yoxlama görüşləri və yay turları ilə dolu bir təqvimə üstünlük verir, tez-tez dünya üzrə geniş səyahətləri əhatə edirlər.

Bunun əksinə olaraq, FİFA hər yerdə və oyunun bütün səviyyələrində dünya futbolunun ümumi maraqlarını, o cümlədən oyunçuların müdafiəsini qorumalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button