FİFA Rusiya klubuna transfer qadağası qoydu

FİFA Rusiyanın “Rubin” klubunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Ali futbol qurumu Kazan təmsilçisinə transfer qadağası qoyub. Buna səbəb, “Rubin”in 2018-ci ildə Sloveniyanın “Olimpiya” klubundan heyətinə qatdığı Filip Uremoviçin transfer məbləğini Lyublyana təmsilçisinin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.

FİFA-ya müraciət edən “Olimpiya” “Rubin”in cəzalandırılmasına nail olub. Kazan klubu “Olimpiya”ya cəriməni ödəyənə qədər yeni futbolçu transfer edə bilməyəcək.

Filip Uremoviçin “Rubin”lə 2024-cü ilin yayınadək müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button