FİFA Rusiya millisinin dünya çempionatında iştirakına icazə verə bilər
FİFA Rusiyanın futbol komandalarının beynəlxalq arenada tam qadağasını yumşaltmaq imkanını nəzərdən keçirir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ruslar seçmə mərhələləri uğurla keçərsə, FİFA bu ölkənin 17 yaşadək futbolçulardan ibarət komandasına dünya çempionatında iştirak etməyə icazə verə bilər.
UEFA əvvəllər Rusiyanın gənclərdən ibarət komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verib. Avropa futbol rəsmiləri bu qərarı “uşaqların böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımaması” ilə əsaslandırıblar.
Rusiya klubları və milli futbol komandaları 2022-ci ilin fevralından FİFA ilə UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya təcavüzkar hücumudur.
Bizi Facebook-da izləyin