Reytinq: Azərbaycan millisinin mövqeyi məlum oldu
Azərbaycan millisinin sentyabr ayı üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb.
Komanda.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komandanın mövqeyini dəyişməyib. Yığma komanda 1147 xalla 121-ci sırada qalıb.
Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.
Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirir. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin