Əliyar Ağayev DÇ-2022-nin oyununda
FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Martın 28-də keçiriləcək Danimarka – Moldova matçı saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin